RAMIN
GASIMOV
AZRUEN
← Xəbərlərə qayıt

Başak Gıda müəssisəsinə işgüzar səfər

Türkiyəyə işgüzar səfərimiz çərçivəsində növbəti görüşümüz Başak Gıda müəssisəsində baş tutdu. №1 Çörək Zavodunun rəhbər heyəti olaraq müəssisənin istehsalat sahələri ilə yaxından tanış olduq, çörək istehsalında tətbiq edilən texnoloji prosesləri və yeni məhsul çeşidlərini nəzərdən keçirdik.

Başak Gıda müəssisəsinə işgüzar səfər

Səfər zamanı xüsusilə tam avtomatlaşdırılmış burger çörəyi istehsal xəttinin iş prinsipləri, həmçinin tortilla istehsalı üzrə texnoloji proseslər diqqətimizi çəkdi. İstehsalatın təşkili, avtomatlaşdırma həlləri və məhsul çeşidlərinin inkişafı istiqamətində faydalı təcrübə mübadiləsi apardıq.

Səfər çərçivəsində Başak Gıda müəssisəsinin rəhbərliyi ilə də görüş keçirərək çörəkçilik sənayesində mövcud yeniliklər, istehsal texnologiyaları və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq. Belə görüşlər beynəlxalq təcrübənin öyrənilməsi, yeni texnologiyaların izlənilməsi və №1 Çörək Zavodunda istehsal imkanlarının davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Səmimi qəbula və faydalı görüşə görə Başak Gıda rəhbərliyinə təşəkkür edirik!

01

Qalereya