RAMIN
GASIMOV
AZRUEN
← Xəbərlərə qayıt

İstanbul Halk Ekmek-in Ahmet İsvan zavoduna işgüzar səfər

№1 Çörək Zavodunun rəhbər heyəti olaraq İstanbul Halk Ekmek-in Ahmet İsvan zavoduna işgüzar səfər etdik. Həmkarlarımızla görüşərək müəssisənin istehsalat sahəsi, çörək istehsalının müxtəlif mərhələləri və iş proseslərinin təşkili ilə yaxından tanış olduq.

İstanbul Halk Ekmek-in Ahmet İsvan zavoduna işgüzar səfər

Görüş zamanı təqdim olunan məlumata əsasən, ziyarət etdiyimiz zavodun gündəlik istehsal həcmi 240 ton təşkil edir. Bu miqyasda istehsalın necə təşkil edildiyini və proseslərin necə idarə olunduğunu yerində müşahidə etmək səfərin maraqlı və faydalı məqamlarından biri oldu.

Bu cür görüşlərin ən dəyərli tərəfi eyni sahədə çalışan həmkarlarla təcrübə paylaşmaq və fərqli yanaşmaları öyrənməkdir. İstehsalat proseslərinə başqa bir müəssisənin təcrübəsi üzərindən baxmaq öz fəaliyyətimizi də yeni baxış bucağından dəyərləndirməyə imkan yaradır.

Səmimi qarşılanma, qonaqpərvərlik və təcrübələrini bizimlə bölüşdükləri üçün İstanbul Halk Ekmek-in rəhbərliyinə və komandasına təşəkkürümüzü bildiririk. Bizim üçün faydalı və xoş təəssüratlarla yadda qalan bir səfər oldu.

01

Qalereya